Ağcabədidə “Gənc xilaskarlar” hazırlanır.
GTM Qarabağ ofisinin “ Gənc xilaskarlar” adlı layihəsi davam edir.
Ağcabədi rayon İcra Hakimiyyəti,YAP Qadınlar Şurası və Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının dəstəyi ilə həyata keçirilən layihənin məqsədi yeniyetmə və gənclər arasında ilk tibbi yardımın mahiyətini aşılamaq və istənilən vaxtda və məkanda baş verə biləcək bədbəxt hadisə və ya qəfil xəstələnmə vəziyyətlərində ilk tibbi yardım qaydalarının öyrədilməsidir.
Layihə çərçivəsində həyata keçirilən “Sağlamlıq həftəsi”nin ilk iştirakçıları AMI-nin Ağcabədi filialı və Ağcabədi Pedaqoji Kollecinin tələbələri oldu.
Sağlamlıq həftəsi çərçivəsində mədə- bağırsaq xəstəlikləri üzrə Ağcabədi Mərkəzi Xəstəxanasından dəvət edilmiş həkim Baxşeyiş Quliyev və Ruslan Quliyev , ikinci gün burun-boğaz xəstəlikləri üzrə həkim Rafiq Nəsibov,üçüncü gün göz xəstəlikləri üzrə həkim Kəmalə Quliyeva,dördüncü gün ilkin tibbi yardım üzrə həkim Kamil Haqverdiyev tərəfindən gələcəyin müəllimləri olacaq tələbələrə ətraflı məlumat verilmiş,onların sualları cavablandırılmışdır.
Layihə çərçivəsində gənclər arasında ilk tibbi yardım haqqında məlumatlılıq səviyyəsini və layihənin nəticələrini yoxlamaq məqsədilə ”Sən də bir həyat xilas et!” adlı müsabiqə keçiriləcəkdir.
Vaxtında və düzgün göstərilmiş ilk tibbi yardım bir çoxlarının həyatını xilas edə bilər və bu hər kəsin insanlıq vəzifəsidir.