Şriftin ölçüsü :

Saytın rəngi :

“Milli Dirçəliş Günü”-nə həsr olunmuş Elmi-praktik konfrans keçirilmişdir.

17 noyabr 2014 | 11:00

17 noyabr 2014 –cü il tarixdə Azərbaycan Müəllimlər İnstitutunun Ağcabədi filialında “Milli Dirçəliş Günü”-nə həsr olunmuş Elmi-praktik konfrans keçirilmişdir.
     Azərbaycan Müəllimlər İnstitutunun Ağcabədi filialının direktoru Mətanət Fərzəliyeva çıxışında qeyd etdi ki, bu günün tarixi 1988-ci ilin 17 noyabrında başlamışdır. Xalqın istiqlal mübarizəsinin əsas mərhələlərindən biri olan 17 noyabr – Milli Dirçəliş Günü Azərbaycanın müstəqilliyinin bərpa edilməsində tarixi rol oynamışdır.
    Digər çıxış edən natiqlər bildirdilər ki, mənəvi əsaslarını və başlanğıcını XX əsrin 60-cı illərindən götürən bu tarix sonralar ulu öndər Heydər Əliyevin siyasi uzaqgörənliyi və müdrikliyi ilə dönməz xarakter almış, müstəqil Azərbaycan müasir inkişaf yoluna qədəm qoymuşdur. Hakimiyyətə gəlişi ilə xalqa sağlam ruh və özünüdərk gətirən Ümummilli Lider Heydər Əliyev sovet ideologiyasının sərt qadağalarına baxmayaraq, milli mənəvi dəyərlərə, Azərbaycan elminin və mədəniyyətinin dirçəlişinə xüsusi önəm vermişdir.
    Tədbirdə, İctimai-siyasi və humanitar məsələlər üzrə müavini ,YAP Qadınlar şurasının sədri Naibə Mustafayeva çıxış edərək bildirmişdir ki, Ulu Öndərin qayıdışından sonra bütün sahələrdə inkişaf və oyanış müşahidə olunmağa başlamışdır. Azərbaycan əsl intibah və dirçəliş dövrünə qədəm qoymuşdur. Məhz ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə dünyanın müxtəlif ölkələrində təhsil alan milli ruhlu alimlər və ziyalılar ordusu yetişmişdir. Bu gün bu siyasət Cənab Prezidentimiz İlham Əliyev tərəfindən ləyaqətlə qorunub saxlanır və davam etdirilir. Biz gənclərin də borcu Cənab Prezidentimizin ətrafında sıx birləşib,onun ən böyük dəstəkçisi olmaqdır.

Keçidlər