Şriftin ölçüsü :

Saytın rəngi :

Türkiyə Respublikasının Azərbaycan Respublikasının Gəncə şəhərində baş konsulu Orxan İşık Ağcabədi rayonunda olmuşdur.

13 noyabr 2014 | 11:00

13 noyabr 2014- cü il tarixdə saat 12:00 -da Türkiyə Respublikasının Azərbaycan Respublikasının Gəncə şəhərində baş konsulu Orxan İşıkın Qarabağ bölgəsi ilə tanışlıq məqsədilə Ağcabədi, Bərdə, Tərtər rayonlarına səfəri çərçivəsində Ağcabədi rayonunda olmuşdur. Əvvəlcə konsul Orxan İşık Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədovla görüşmüşdür.
     Rayon rəhbəri konsula rayon haqqında məlumat verərək bildirmişdir ki, düşmənin bir addımlığında yerləşən Ağcabədi günü-gündən böyüyür, gözəlləşir. Rayonda geniş tikinti-abadlıq işləri aparılır, yeni binalar, sosial obyektlər tikilir. İstirahət parkları, yaşıllıq zolaqları salınır, yollar çəkilir. Cəbhə bölgəsində yerləşən rayonumuza daim dövlət tərəfindən diqqət və qayğı göstərilir. Biz bir millət, iki dövlət, ayrılmaz qardaş ölkələrik.
   Sonra konsul hər iki dövləti bir-birinə bağlayan dostluq və qardaşlıq münasibətlərindən danışdı. Ağcabədi rayonunun Türkiyənin hansısa rayonu ilə dostluq münasibətlərinin yaradılması təklifini irəli sürmüşdür.
    Ağcabədi Rayon İcra Hakimiyyəti Başçısının İctimai-siyasi və humanitar məsələlər üzrə müavini Naibə Mustafayeva konsul Orxan İşığı Heydər Əliyev prospekti ilə, Gənclər Mərkəzi,Şahmat Məktəbi, Heydər Əliyev Mərkəzi ilə və Ü. Hacıbəyli adına Qarabağ Muğam Mərkəzi ilə  tanış etmişdir. Görüş səmimi və yaddaqalan olmuşdur.

Keçidlər