Ağcabədi şəhər Mərkəzi Xəstəxanasında səhiyyə işçiləri ilə görüş keçirilmişdir.
Noyabrın 12-də Ağcabədi şəhər Mərkəzi Xəstəxanasında YAP Qadınlar Şurasının sədri, Rayon İcra Hakimiyyəti başçısının ictimai-siyasi və humanitar məsələlər üzrə müavini Naibə Mustafayeva səhiyyə işçiləri ilə görüş keçirmişdir.
Görüşdə səhiyyə sahəsində görülmüş tədbirlər və bu sahədə mövcud olan problemlər müzakirə edilmişdir.
Naibə Mustafayeva çıxışını Ulu Öndərin “Səhiyyə bizim üçün əziz, qiymətli bir sahədir və onun inkişafı üçün lazımi tədbirlər görüləcəkdir”sözləri ilə açaraq, görülən işlərə ümumi qiymət verərək bildirmişdir ki, son illər ərzində respublikamızda eləcə də rayonumuzda bütün sahələrlə yanaşı səhiyyə sahəsində də xeyli işlər görülmüşdür. Həkimlərin etik davranış qaydaları məsələsinə toxunan natiq, onu da qeyd etmişdir ki,ötən müddət ərzində səhiyyə sistemində olan vəzifədən sui-istifadə, tibb müəssisələrinin fəaliyyətindəki bəzi nöqsanlar tezliklə tamamilə aradan qaldırılmalıdır.Həmçinin dövlət tibb müəssisələrində xidmətin şəffaflığı artırılmalı, maliyyə-təsərrüfat intizamına ciddi riayət olunmalı,Cənab Prezidentimiz İlham Əliyevin diqqət və qayğısı sayəsində tikilib,ərsəyə gəlmiş,dünya standartlarına uyğun xəstəxanada əhaliyə yüksək səviyyədə xidmət göstərilməlidir.