Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi rayonunda 12 Noyabr - Konstitusiya günü münasibətilə ümumrayon tədbiri keçirilmişdir.

12 noyabr 2014 | 11:00

12 noyabr 2014- cü il tarixdə saat 11:00 –da  Ağcabədi rayon Icra Hakimiyyəti binasının  iclas zalında 12 Noyabr - Konstitusiya günü münasibətilə ümumrayon tədbiri keçirilmişdir.
    Tədbirdə iştirak edən .Ağcabədi Rayon İcra Hakimiyyətinin Başçısı cənab Şahin Məmmədov çıxış edərək bu əlamətdar gün münasibəti ilə tədbir iştirakçılarını təbrik etmişdir. Rayon rəhbəri qeyd etmişdir ki, Müstəqil Azərbaycan Respublikasının əldə etdiyi bugünkü uğurlarının hüquqi başlanğıcında  da  məhz ,ümummilli Lider Heydər Əliyevin həyat verdiyi Azərbaycanın ilk konstitusiyasının   Azərbaycan xalqı tərəfindən qəbul edilməsi  idi ki,bununla Azərbaycan  dövləti, xalqı  öz  firavanlığının , azadlığının və təhlükəsizliyinin bərqərar edilməsinə , keçmiş , indiki və gələcək nəsillər qarşısında tarixi məsuliyyətini bəyan etmiş  oldu.
   Daha sonra məruzə ilə çıxış edən  rayon prokuroru, baş ədliyyə müşaviri Salman Səmədov Konstitusiya gününün əhəmiyyətindən, cəmiyyətdəki rolundan və Ulu Öndər Heydər Əliyevin misilsiz xidmətlərindən  bəhs etmişdir.
   Rayon İcra Hakimiyyəti başçısının müavini,YAP Qadınlar Şurasının sədri Naibə Mustafayeva çıxış edərək bildirmişdir ki, 1995-ci ildə Azərbaycan Respublikasının Əsas Qanunun qəbulu təkcə ölkədə yeni hüquqi bazanın yaradılması demək deyildi. Bu, mahiyyət etibarilə Azərbaycanda müstəqil dövlət quruculuğu tarixində keyfiyyətcə yeni səhifənin açılması idi. Müstəqilliyin ilk illərindən siyasi çəkişmələr, hakimiyyət böhranı, qiyam və çevriliş cəhdləri ilə silkələnən Azərbaycan üçün yeni Konstitusiyanın qəbulu həm də çoxdan gözlənilən daxili sabitliyin bərqərar olması demək idi.
      Rayon ictimaiyyətinin, ziyalıların iştirak etdiyi tədbirdə cəmiyyətdə erkən nikah, intihar hallarının artması məsələlərinə toxunulmuş, ictimaiyyətlə söhbətlər aparılmış və bu halların qarşısının alınması üçün  müzakirələr olunmuşdur.

Keçidlər