Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun növbəti səyyar qəbul-görüşü keçirilib

31 mart 2022 | 11:00

Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov martın 30-da növbəti səyyar qəbulunu Təzəkənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin sakinləri ilə keçirib.

            R. Hüseynov rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və digər xidmət təşkilatlarının rəhbərlərinin də iştirak etdiyi qəbulda çıxış edərək, vurğulayıb ki, Prezident İlham Əliyevin  tapşırıq və tövsiyələrinə uyğun olaraq keçirilən səyyar qəbulların əsas məqsədi yerlərdə sakinlərin müraciətlərini dinləmək və onları narahat edən məsələlərin həllinə nail olmaqdan ibarətdir. Bu, sadə tapşırığın həyata keçirilməsi deyil, həm də ölkədə aparılan sosial siyasətin tələblərinin yerinə yetirilməsi deməkdir.

Qəbul zamanı sözügedən kənd sakinlərinin arzu və təklifləri həssaslıqla dinlənilib, narahatlıq doğuran bəzi məsələlər yerindəcə öz həllini tapıb. Araşdırması vacib olan məsələlər ilə bağlı isə aidiyyatı qurumlara müvafiq tapşırıqlar verilib.

 

Keçidlər