Şriftin ölçüsü :

Saytın rəngi :

“31 Mart - Azərbaycanlıların Soyqırımı Günü” ilə əlaqədar olaraq rayon Qəhramanlar Parkı ziyarət edilib.

31 mart 2022 | 11:00

31 mart  2022-ci il tarixdə Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin və Ağcabədi Pedaqoji Kollecinin birgə təşkilatçılığı ilə “31 Mart Azərbaycanlıların Soyqırımı Günü” ilə əlaqədar olaraq rayon Qəhramanlar Parkı ziyarət edilmişdir. Ziyarətdə Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin rəisi Rüfət Quliyev, Ağcabədi Pedaqoji Kollecin direktoru Mirələm İbrahimli, Gənclər və İdman İdarəsinin əməkdaşları, kollecin müəllim və tələbə kollektivi eləcədə bir qrup könüllü gənclər iştirak etmişdir. Tədbirdə şəhidlərimizin xatirəsini əbədiləşdirən Abidə kompleksi və vətən uğrunda canından keçən şəhidlərimizin məzarları ziyarət olunub, üzərinə  tər çiçəklər düzülüb. 

Keçidlər