Şriftin ölçüsü :

Saytın rəngi :

Baş prokuror Ağcabədi rayon sakinlərinin qəbulunu keçirəcək

30 mart 2022 | 11:00

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Baş prokuror Kamran Əliyev aprelin 11-də saat 10:00-da Ağdam Rayon Prokurorluğunun inzibati binasında Ağdam, Ağcabədi və Laçın rayon sakinlərinin qəbulunu keçirəcək.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, vətəndaşların qəbulla bağlı qeydiyyatı və Ağdam rayonuna gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcək.

Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin (012) 361-14-07 nömrəli telefonu və contact@prosecutor.gov.az elektron poçt ünvanı, eləcə də prokurorluğun sosial şəbəkələrdəki səhifələri (instaqram, feysbuk, teleqram, tviter) vasitəsilə də qəbula yazıla bilərlər.

 

https://azertag.az/xeber/2067377

Keçidlər