Əkin sahələrində aqrotexniki tədbirlər həyata keçirilir
30 mart 2022 | 11:00
Cari ildə rayonun fermer təsərrüfartlarında 32 min 459 hektar sahədə taxıl əkini aparılıb. Bol məhsul yetişdirmək üçün fermerlər tərəfindən sahələrdə yüksək aqrotexniki tədbirlər həyata keçirilir. Hazırda taxıl əkini sahələrinin 19 min hektarı bitiş suyu ilə təmin olunub. 10 min 897 hektar sahədə isə 1-ci vegetasiya suvarması aparılıb.
Təsərrüfatlarda taxıl əkini sahələrinin gübrə ilə təmin olunması da diqqət mərkəzində saxlanılır. İndiyədək 16 min hektardan çox əkin sahəsinə yemləmə üçün azot gübrəsi verilib.
Rayon üzrə pambıq əkini üçün nəzərdə tutulmuş 12 min hektar sahənin 11 min 920 hektarında şumlama aparılıb, 6 min 617 hektarında isə arat təşkil olunub.