Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədidə rayonunda yaşıllaşdırma işləri görülür

29 mart 2022 | 11:00

Ağcabədidə yaşıllaşdırma tədbirləri geniş vüsət alıb.

Martın 27-də Ağcabədi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Ağcabədi –Zərdab magistral yolu istiqamətində yaşıllaşdırma işləri görülüb. Sözügedən tədbirdə rayon icra hakimiyyətinin əməkdaşları, idarə, müəssisə və təşkilatların nümayəndələri,  rayon sakinləri iştirak ediblər.

Ətraf mühitin qorunması, yaşıllıq zolaqlarının genişlənməsi məqsədi ilə ərazidə müxtəlif ağac tingləri, gül kolları və çiçəklər əkilib. Yeni salınmış yaşıllıqlara aqrotexniki qulluq göstərilib.

Qeyd edək ki, yaşıllaşdırma işləri rayonun digər ərazilərində də davam etdiriləcək.

Keçidlər