Şriftin ölçüsü :

Saytın rəngi :

Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün Novruz bayramı şənliyi keçirilib.

19 mart 2022 | 11:00

Gənclər üçün Təhsil Mərkəzinin (GTM) Qarabağ Regional ofisində baharın gəlişi və təbiətin oyanması ilə simvolizə olunan Novruz bayramı münasibətilə bayram tədbiri keçirilib.
      Tədbirdən öncə mərkəzin bir qrup əməkdaş və könüllüləri tərəfindən Novruz bayramı münasibəti ilə ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş Əliyev Dəyanət Ələsgər oğlu, Abbasov Toğrul Bayram oğlu, Ağayev Naim Süleyman oğlu, Fərəcov Fərid Yaşar oğlunun ailələri ziyarət olunub. GTM Qarabağ ofisi və “Güvən Xeyriyyə və Dostluq Cəmiyyəti tərəfindən  şəhid ailələrinə “DOST xonçası” və bayram hədiyyələri təqdim edilib.
     Tədbiri giriş sözü ilə açan GTM Qarabağ ofisinin rəhbəri Radə Telmanqızı tədbir iştirakçılarını Azərbaycan xalqının qədimlərdən sevə-sevə qeyd etdiyi, milli və tarixi adət-ənənlərimizin yaşadıldığı, eləcə də Şərq dünyasında yeni ilin başlanğıcı hesab olunan Novruz bayramı münasibətilə təbrik edib, bahar bayramının xalqımıza ruzi-bərəkət gətirməsini arzulayıb.
     Tədbirdə YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov çıxış edərək, birldirib ki, Novruz bayramı həmrəylik, dostluq, qardaşlıq bayramıdır. Eyni zamana onu da qeyd edib ki, 44 günlük Vətən müharibəsində bütün xalqımız, xüsusilə əsgər anaları böyük iradə nümayiş etdirmişdir. Məhz o oğulların sayəsində Azərbaycan xalqı bu gün qalibdir. Ona görə də bu gün biz də həmin əsgər-qazilərimizdən, şəhid ailələrindən diqqətimizi əsirgəməməliyik, onlara daim hərtərəfli dəstək olmalıyıq.
Şənlik GTM Qarabağ ofisi nəzdində fəaliyyət göstərən “İnklüziv Təhsil və Uşaq İnkişaf Mərkəzi”nin könüllülərinin, Yaqub Məmmədov adına Ağcabədi şəhər Mədəniyyət evinin, Üzeyir Hacıbəyli adına Qarabağ Muğam Mərkəzinin, Ağcabədi şəhər 2 saylı körpələr evi-uşaq bağçasının balaca fidanlarının hazırladığı rəngarəng konsert proqramı ilə davam edib. Bahar qız, Kosa və Keçəl uşaqları şənləndirib, onlara sevincli anlar yaşadıb.
Sonda xüsusi qayğıya ehtiyacı olan uşaqların ailələrinə GTM Qarabağ ofisi, YAP Ağcabədi rayon təşkilatı, “Güvən Xeyriyyəvə Dostluq Cəmiyyəti tərəfindən bayram sovqatı və hədiyyələr təqdim edilib.

 

Keçidlər