Baharın gəlişi münasibətilə Ağcabədidə ümumrayon şənliyi keçirilib
Martın 17-də Ağcabədi Olimpiya İdman Kompleksində Novruz bayramı münasibəti ilə ümumrayon tədbiri keçirilib.
Tədbirdə rayon icra hakimiyyətinin başçısı Rafil Hüseynov, aparatın məsul işçiləri, hüquq mühafizə orqanlarının rəhbərləri, idarə, təşkilat və müəssisələrin kollektivləri, ziyalılar, rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.
Öncə bayram tonqalı alovlandırılıb.
Sonra rayon rəhbərliyi və qonaqlar bayram münasibətilə təşkil edilmiş əl işləri və xalq sənətkarlığı nümunələrindən ibarət sərgi ilə tanış olublar.
Tədbirdə çıxış edən Ağcabədi Rayon İcra Hakimiyyəti başçısı Rafil Hüseynov milli birlik, həmrəylik rəmzi olanNovruz bayramı münasibəti ilə rayon əhalisini təbrik edib, hər bir ailəyə bol ruzi,bərəkət, xoşbəxtlik arzulayıb.
Sonra Dədə Qorqudla Bahar qızı şənlik iştirakçılarına xoş arzularını çatdırıb, elimizə,obamıza sülh,əminamanlıq diləyiblər. Novruzun personajları olan Kosa və Keçəlin məzhəkələri yaddaqalan olub.
Gənc idmançıların nümunəvi çıxışları da böyük maraqla qarşılanıb.
Bayram tədbiri Ağcabədi Regional Mədəniyyət İdarəsi tərəfindən hazırlanan şən və rəngarəng proqramla davam etdirilib.