Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədidə növbəti səyyar qəbul keçirilib

16 mart 2022 | 11:00

Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun növbəti səyyar qəbulu martın 16-da Bayraq Muzeyində keçirilib.

Rayon sakinləri ilə keçirilən görüşdə İcra Aparatının şöbə müdirləri, hüquq-mühafizə orqanlarının, bir sıra idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak ediblər.

İcra başçısı Novruz bayramı münasibəti ilə iştirakçıları təbrik edib,onlara can sağlığı,bol ruzi-bərəkət arzulayıb.

Vətən müharibəsində qazandığımız qələbəyə, Azərbaycanın beynəlxalq nüfuzuna diqqət çəkən R.Hüseynov qeyd edib ki, bu zəfər Prezident, xalq və ordu birliyinin, milli həmrəyliyimizin parlaq nümunəsidir. Aparılan düzgün siyasət, dövlətimizin qüdrəti, ordumuzun döyüş qabiliyyəti Azərbaycanın nüfuzunun daha da artmasına səbəb olub.

Bu gün Qarabağda əvvəlki xoşbəxt həyatın bərpası üçün görülən  işlərdən danışan natiq torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizə rəhmət diləyib,qazilərimizə can sağlığı arzulayıb.

İcra başçısı çıxışında həmçinin son zamanlar rayonumuzda həyata keçirilən quruculuq, abadıq işlərindən, inkişafdan danışıb, bununla yanaşı, həlli vacib olan müəyyən problemlərə də toxunub, enerji təminatında,suvarmada, səhiyyə xidmətində olan çatışmazlıqlardan söz açıb.

Sonra sakinlərin müraciətləri dinlənilib,  onların səsləndirdikləri problemlərin qısa zamanda aradan qaldırılması istiqamətindəmüəyyən tapşırıqlar verilib.

 

Keçidlər