Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhidlərin xatirəsinə həsr olunmuş xeyriyyə tədbiri keçirilib

14 mart 2022 | 11:00

Martın14-də rayonun Muğanlı kəndində Qəhrəmanlar Parkında Novruz bayramı münasibəti ilə Birinci və İkinci Qarabağ müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş tədbir keçirilib. Tədbirə şəhid ailələrinin üzvləri, qazilər, müharibə veteranları, kənd sakinləri, müəllimlər, ziyalılar və mətbuat nümayəndələri qatılıblar. 

Mərasimdən öncə Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib. Tədbiri giriş sözü ilə açan rayon icra hakimiyyətinin başçısı Rafil Hüseynov şəhid ailələrini və qaziləri, müharibə iştirakçılarını İlaxır çərşənbə və Novruz bayramı münasibəti ilə təbrik edib. Rayon rəhbəri 44 günlük Vətən müharibəsi günlərində ön cəbhələrdə mənfur düşmənə qarşı mərdliklə vuruşan igid oğullarımızdan söz açıb. Qeyd olunub ki, həmin dövrdə qəhrəman Azərbaycan döyüşçüləri Vətən yolunda öz canlarını belə əsirgəməyib, şəhidlik zirvəsinə ucalıblar. Bu gün iftixar hissi keçiririk ki, onların sırasında ağcabədililər, o cümlədən, Muğanlı kəndindən olan igid balalarımız da var. Onların əziz xatirəsi qəlbimizdə əbədi yaşayacaq.

            Sonra çıxış üçün söz alan, “Xəzər” Türkiyə-Azərbaycan Dostluğu İctimai Birliyinin üzvü Ahmat Böyükhasan qardaş ölkələrimiz haqqında söz açıb, Vətən müharibəsində qəhrəmanlıq göstərən Azərbaycan oğullarının döyüş yolundan danışıb. O, Türkiyə-Azərbaycan qardaşlığına həsr etdiyi şeirini oxuyub.

            Qeyd edək ki, anım tədbirindən sonra Ağcabədi Rayon Mərkəzi Xəstəxanasında  sünnət  xeyriyyə aksiyası keçirilib. Aksiya davam etdirilir.

 

Keçidlər