Ağcabədi rayonunda Novruz bayramı ilə əlaqədar yarmarka təşkil olunub
Martın 13-də Novruz bayramı münasibəti ilə rayonumuzda ənənəvi yarmarka keçirilib. Rayon mərkəzi stadionunda keçirilən yarmarkada kənd təsərrüfatı məhsullarının satışı təşkil olunub. Burada sakinlərə rayonun müxtəlif inzibati ərazi vahidlərindən gətirilmiş təzə və yüksək keyfiyyətli qoyun, quzu, mal, toyuq əti, müxtəlif ceşidli meyvələr və digər kənd təsərrüfatı məhsulları təqdim olunub. Yarmarka iştirakçılarına təklif olunan ərzaq məhsulları bazardakından xeyli ucuz qiymətə satılıb.
Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov bayram yarmarkasında iştirak edərək, kənd təsərrüfatı məhsullarının satışı vəziyyəti ilə tanış olub və bununla əlaqədar lazımi tapşırıqlarını verib.
Novruz yarmarkası rayon sakinləri tərəfindən böyük minnətdarlıq və razılıq hissi ilə qarşılanıb.