Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədidə “Qələbə Qoxulu Novruz” adlı sərgi təşkil edilir

10 mart 2022 | 11:00

Novruz bayramı ərəfəsində Ağcabədi rayon Heydər Əliyev Mərkəzində Mərkəzin Rəsm, Toxuculuq, Tikiş, Maraqlar üzrə əl işləri, Xalçaçılıq kurs üzvlərinin əl işlərindən ibarət “Qələbəli Novruz” adlı sərgi nümayiş etdirilir. Ümummilli liderimiz Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə həmişə xalqımızın milli-mənəvi dəyərlərinin qorunmasına, milli mədəniyyətimizin inkişafına, xalqın adət- ənənələrinin zənginləşdirilməsinə çalışmışdır. Eyni zamanda, ulu öndər gənclərimizi xalqımızın milli-mənəvi dəyərləri, milli əxlaq prinsipləri əsasında tərbiyə etməyi tövsiyə edirdi. Bu baxımdan ulu öndər gənclərimizin milli-mənəvi dəyərlər əsasında tərbiyələndirilməsindən bəhs edərək demişdir: “ Biz öz milli- mənəvi dəyərlərimizi, adət- ənənələrimizi, əxlaqi dəyərlərimizi bütün istiqamətlərdə qorumalıyıq, saxlamalıyıq və gənc nəsli əsrlər boyu böyük sınaqlardan keçmiş bu mənəvi, əxlaqi dəyərlər ruhunda tərbiyələndirməliyik”. Novruz bayramında milli ruhumuzun, qədimliyimizin çalarları yaşayır. Sizləri bu çalarları özündə əks etdirən sərgimizlə yaxından tanış olmağa dəvət edirik. Qalib ölkənin qalib vətəndaşları Novruz Bayramınız Mübarək!

Keçidlər