Şriftin ölçüsü :

Saytın rəngi :

Sarıcalıda səyyar qəbul keçirilib

09 mart 2022 | 11:00

Martın 9-da Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov Sarıcalı kəndində səyyar qəbul keçirib.

Qəbulda rayon icra hakimiyyəti başçısı aparatının məsul işçiləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, kənd sakinləri, media mənsubları və əlaqədar təşkilatların nümayəndələri iştirak ediblər.
Ağcabədi Rayon İcra Hakimiyyəti başçısı Rafil Hüseynov giriş nitqi ilə çıxış edərək, 44 günlük Vətən müharibəsi zamanı Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Milli Ordumuzun göstərdiyi qəhrəmanlıqlardan söz açıb.

Natiq öz çıxışında qarşıdan gələn təsərrüfat işlərinə, o cümlədən pambıq əkinlərinə hazırlıq tədbirlərinə də geniş toxunub, bununla əlaqədar görülən işlərdən danışıb. Strateji əhəmiyyətə malik olan pambıqçılığın rayonumuzda inkişaf etdirilməsi xüsusi ilə vurğulanıb.

Qəbulda kənd sakinləri Şahmar Mehdiyev, Aftandil Süleymanov, Zeynal Bayramov, Rafael Adilov, Qaraxan Ağayev, Ramil Bəylərov təsərrüfat sahəsindəki çətinliklərdən, eləcə də içməli su və suvarma suyunun qıtlığından, internetdə, elektrik enerjisinin verilməsində yaranmış problemlərdən söhbət açıb, rəy və təkliflərini bildiriblər.
Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov çıxış edən kənd sakinlərinin irad, təklif və rəyləri ilə əlaqədar müvafiq təşkilat, idarə-müəssisə rəhbərlərinə tapşırıq və tövsiyələrini verib.

 

Keçidlər