Ağcabədi rayonunda qadınların seçkilərdə fəallığı mövzusunda tədbir keçirilmişdir.
07 noyabr 2014 - cü il tarixdə saat 14:30 –da Ağcabədi rayonu Heydər Əliyev Mərkəzində “Demokratik Cəmiyyət və Qadın Hüquqlarının Müdafiəsi” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Azərbaycanda 2014- cü ildə keçiriləcək Bələdiyyə Seçkiləri zamanı ictimai rəyin formalaşdırılması, seçkidə iştirakın vacibliyinin əhali arasında təbliği, seçkilərdə ictimai nəzarətin həyata keçirilməsi” adlı layihə çərçivəsində tədbir keçirilmişdir.
Tədbirdə Rayon İcra Başçısının müavinləri Leyla Əsgərova, Naibə Mustafayeva, Almaniya Beynəlxalq Əməkdaşlıq Təşkilatının nümayəndəsi Fidan Qasımova və Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin eksperti Lyudmila Xəlilova, rayon ziyalıları, bələdiyyə üzvləri və gənclər iştirak etmişdir.
Görüşdə çıxış edənlər son dövrlər qadınların ictimai işlərdə fəallığından danışmış,eləcə də bələdiyyə seçkilərinə hazırlıq və bu seçkilərdə qadınların istər aktiv, istər passiv seçki hüququnun reallaşdırılması işində yaxından iştirakı və onların partiya daxilində, eləcə də ictimai-siyasi həyatda proseslərə geniş cəlb olunacağına ümid etdiyini bildirdi və onları bələdiyyə seçkiləri zamanı daha fəal olmağa səslədi. Daha sonra Rayon İcra Hakimiyyəti başçısının müavini,YAP Qadınlar Şurasının üzvü Leyla Əsgərova, Rayon İcra Hakimiyyəti başçısının müavini,YAP Qadınlar Şurasının sədri Naibə Mustafayeva,Şəhər 3 saylı məktəb-liseyin müəllimi Zəhra İbrahimova, şəhər 2 saylı tam orta məktəbin müəllimi Nüşabə İbrahimova və gənclər bələdiyyələr, onların fəaliyyəti barədə ətraflı müzakirədə iştirak etdilər.