Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədidə Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbir keçirilib

08 mart 2022 | 11:00

Ağcabədidə 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə şəhid anaları və şəhid xanımlarının iştirakı ilə tədbir keçirilib.
Ağcabədi Gənclər Mərkəzində keçirilən tədbirdə çıxış edən icra başçısı Rafil Hüseynov bayram münasibəti ilə xanımları təbrik edib. O, qeyd edib ki, şəhidlərimiz kimi, onların valideynləri, xanımları, övladları da dəyərlidir, əzizdir. Hər bir qəhrəman əsgərimizin arxasında mərd, şücaətli, mübariz Azərbaycan qadınının dayandığını vurğulayan rayon rəhbəri istər I Qarabağ müharibəsində, istərsə də Vətən müharibəsi zamanı bunun bir daha şahidi olduğumuzu bildirib.

Sonra şəhidlərimizin analarına və xanımlarına Ağcabədi Rayon icra Hakimiyyətinin başçısı tərəfindən üzərində “Xarıbülbül” təsviri və şəhidlərin adı həkk olunan kəlağayılar hədiyyə edilib.

Bundan sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağcabədi rayon şöbəsinin rəisi, polkovnik-leytenant Qabil Rzayev, Qaradolaq kənd 1 saylı tam orta məktəbin ibtidai sinif müəllimi Xəzəngül Qədimalıyeva çıxış edərək qadınlarımıza xoşbəxtlik,can sağlığı arzulayıblar.
N saylı hərbi hissə komandirinin İdeoloji işlər üzrə müavini, polkovnik-leytenant Ramazan Orucov Azərbaycan Respublikasının Müdafiə nazirinin əmri ilə , Vətən müharibəsində itgin düşmüş əsgər Mehdiyev Asim Yaqub oğluna verilən “Azərbaycan Respublikasının “Şücaətə görə” medalını onun anası Gültəkin Mehdiyevaya təqdim edib.

Tədbirdə həmçinin şəhid atası Rəşad Rəhimli, şəhid anası Zülfiyyə Quliyeva, şəhid xanımı Samirə Xudiyeva çıxış edərək göstərilən diqqət və qayğıya görə öz minnətdarlıqlarını bildiriblər.
Sonda Mirzə Fətəli Axundov adına şəhər 3 saylı məktəb – liseyin şagirdləri qadınlara həsr olunmuş şeir kompozisiyası ilə çıxış ediblər.

 

Keçidlər