Rayon İcra Hakimiyyətinin başçısı xanımları təbrik etdi
Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov 8 Mart – Beynəlxalq Qadınlar günü münasibətilə rayonun ictimai – siyasi həyatında fəal olan bir qrup qadınlarla görüş keçirib.
İcra Hakimiyyətinin iclas zalında keçirilən görüşdə rayon rəhbəri çıxış edərək qadınları bayram münasibətilə təbrik edib. Azərbaycan qadınının müasir cəmiyyətin inkişafına əvəzsiz töhfələr verməsindən söz açan Rafil Hüseynov qeyd edib ki, qadınlar cəmiyyətimizin istər ailə, istər sosial, istərsə də ictimai həyatında kişilərlə çiyin-çiyinə çalışan böyük qüvvədirlər.Bir çox sahələrdə məhz qadınların fəaliyyəti sayəsində böyük müvəfəqiyyətlər qazanılır, uğurlar əldə edilir.
Ağcabədi qadınlarının fəaliyyətinə,müxtəlif sahələrdə qazandıqları uğurlara diqqət çəkən icra başçısı onlara uğurlar, xoşbəxtlik, can sağlığı arzulayıb.
Sonra rayonun ictimai-siyasi və mədəni həyatında fəallıq göstərən qadınlara Rayon İcra Hakimiyyəti Başçısının Fəxri fərmanı və hədiyyələr təqdim edilib.