Gənclər üçün Təhsil Mərkəzi (GTM) Qarabağ regional ofisində 8 Mart-Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib.
Gənclər üçün Təhsil Mərkəzi (GTM) Qarabağ regional ofisində 8 Mart-Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib. Tədbirdən öncə mərkəzin bir qrup əməkdaş və könüllüləri tərəfindən 8 Mart - Beynəlxalq Qadınlar Günü" münasibəti ilə ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş Həziyev Xəyal Feruz oğlu və Hüseynov Mirəli Arif oğlunun ailələri ziyarət olunub və şəhid analarına bayram hədiyyələri təqdim edilib.
Tədbiri giriş sözü ilə açan GTM Qarabağ ofisinin rəhbəri Radə Telmanqızı tədbir iştirakçılarını , Azərbaycan qadınının respublikanın ictimai-siyasi və mədəni həyatında fəal iştirak etdiyini, vətənin yüksəlişində daim fədakarlıq nümayiş etdirməklə müqəddəs bir missiyanı həyata keçirdiyini və Vətən müharibəsi zamanı yüksək nümunə nümayiş etdirdiyini vurğulayıb. Eyni zamanda onu da qeyd edib ki, Azərbaycan qadınları zərif çiyinlərinə götürdüyü missiyanı şərəflə daşıyır, sosial-iqtisadi və mədəni həyatda aparılan işin böyük hissəsi onların üzərinə düşür. Bu şərəfli missiyanın təmsilçiləri arasında şəhid anaları, şəhid xanımları və şəhid bacıları da var. Azərbaycan xalqı Qarabağ döyüşlərində istər ön cəbhədə, istərsə də arxa cəbhədə canı-qanı ilə Vətənə xidmət edən xanımların da xidmətini unutmayacaq, onları daim yad edəcək.
Digər çıxış edənlər də öz növbəsində qadınları əlamətdar gün münasibətilə təbrik edərək Azərbaycan qadınının cəmiyyətdəki fəal rolundan, onların ictimai-siyasi həyatda əldə etdiyi nailiyyətlərdən, gender bərabərliyi və dövlətin yaratdığı geniş imkanlardan bəhs ediblər.
Daha sonra GTM Qarabağ ofisinin bir qrup əməkdaş və könüllüsü olan xanımlara Fəxri Fərman və hədiyyələr təqdim olunmuşdur.