5 mart - Bədən Tərbiyəsi və İdman Günüdür.
05 mart 2022-ci il tarixdə “5 mart – Bədən Tərbiyəsi və İdman Günü” münasibəti ilə Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin rəisi Rüfət Quliyev, idarənin əməkdaşları və rayonun idman ictimaiyyətinin bir qrup gənci Ümummilli Liderimiz Heydər Əliyevin abidəsini ziyarət etmiş və abidə önünə gül dəstləri düzmüşlər.
Qeyd edək ki, Bu tarix Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Bədən Tərbiyəsi və İdman Günü”nün təsis edilməsi haqqında 2005-ci il 4 mart tarixli Sərəncamına əsasən qeyd edilir.
Azərbaycanda Bədən Tərbiyəsi və İdman Gününün martın 5-də qeyd olunması təsadüfi deyil. Məhz 1995-ci il martın 5-də Ulu Öndər Heydər Əliyev Bakı İdman Sarayında Dünya və Avropa çempionatlarının qalibləri və mükafatçıları ilə görüşüb, İdman Fondunu təsis edib, bədən tərbiyəsi və idmanın inkişafında yeni strategiyanın təməlini qoyub. Prezidenti İlham Əliyevin 1997-ci ildə Milli Olimpiya Komitəsinin rəhbəri seçilməsindən sonra ölkəmizdə idmana, bədən tərbiyəsinə diqqət daha da artdı, idmanın maddi-texniki bazasının möhkəmləndirilməsi, idmançıların peşəkar səviyyədə hazırlanmasına göstərilən qayğı isə tezliklə öz müsbət nəticəsini göstərdi.