Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədidə Atletika üzrə rayon turniri keçirilmişdir.

04 mart 2022 | 11:00

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin təşəbbüsü ilə 27 fevral – 5 mart tarixlərində baş tutan ”İdman Həftəsi” çərçivəsində Ağcabədi rayonunda silsilə tədbirlər keçirilməkdə davam edir. 04 mart 2022-ci il tarixdə Ağcabədi Olimpiya İdman Kompleksində Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin və Olimpiya İdman Kompleksinin birgə təşkilatçılığı ilə 05 mart - Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş Atletika idman növü üzrə rayon turniri keçirilmişdir.

Rayon turniridə 60 nəfər iştirak etmişdir. Turnir 100, 200 və 400 metr məsafəyə qaçış olmaqla qızlar və oğlanlar arasında keçirilmişdir. Turnirin yekununda ən yüksək nəticələri göstərərək I, II və III yerləri tutmuş idmançılara Ağcabədi Rayon Gənclər və İdman İdrəsi tərəfindən diplomlar təqdim edilmişdir.

Keçidlər