“İdman Həftəsi” çərçivəsində Ağcabədidə Sərbəst güləş üzrə rayon turniri keçirilmişdir.
03 mart 2022 | 11:00
03 mart 2022-ci il tarixdə Ağcabədi Olimpiya İdman Kompleksində Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin təşəbbüsü ilə keçirilən ”İdman Həftəsi” çərçivəsində Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin və Olimpiya İdman Kompleksinin birgə təşkilatçılığı ilə 05 mart - Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş Sərbəst güləş idman növü üzrə rayon turniri keçirilmişdir.
Rayon turnirində 45 nəfər güləşçi müxtəlif çəki dərəcələrində öz qüvvələrini sınamışdır. Turnirin yekununda I, II və III yerləri tutmuş idmançılara Ağcabədi Rayon Gənclər və İdman İdrəsi tərəfindən diplomlar təqdim edilmişdir.