Şriftin ölçüsü :

Saytın rəngi :

Müraciətlər vaxtında həll olunur

04 mart 2022 | 11:00

Ağcabədi Rayon İcra Hakimiyyətinin nəzdində fəaliyyət göstərən Müraciətlərə Operativ Baxılma Mərkəzi tərəfindən rayon sakinlərinin müraciətlərinin həll olunması istiqamətində mühüm addımlar atılır. Son vaxtlar bu sahədə diqqətəlayiq işlər görülüb. Belə ki, ayrı-ayrı ərazilərdə yaşayan sakinlərin sosial-iqtisadi məsələlərlə əlaqədar müraciətlərinə operativ qaydada baxılması diqqət mərkəzində saxlanılır.

Avşar kənd sakini Vidadi Qasımovun kənd ərazisində ona məxsus olan torpaq sahəsinə gedən su arxının təmizlənməsi üçün etdiyi müraciətə MOB Mərkəzində baxılaraq həll edilməsi üçün Ağcabədi Rayon Suvarma Sistemləri İdarəsinə göndərilib. Sözügedən idarə tərəfindən ayrılmış müvafiq texnika vasitəsi ilə həmin arxda təmizləmə işləri həyata keçirilib.

Digər müraciətdə isə rayonun Hacıbədəlli kəndində kompakt halda məskunlaşan 12 ailəyə məxsus ümumi elektrik sayğacının adambaşına dəyişdirilməsi xahiş olunub. Köçkün ailələrin müraciəti baxılmaq üçün Regional Elektrik Şəbəkəsinə ünvanlandırılıb. Adıçəkilən elektrik şəbəkəsi tərəfindən ərazidə kabelləşmə işləri aparılıb, tələb olunan sayğaclar quraşdırılıb.

Ağcabədi şəhər sakini Asəf Qafarov MOB Mərkəzinə müraciətində həbsdən azad olunduqdan sonra ona ödəniləcək müavinətin verilmədiyini bildirib. Onun müraciəti DSMF-yə istiqamətləndirilib və müsbət həll olunub.

Keçidlər