Şriftin ölçüsü :

Saytın rəngi :

Qaradolaq kəndində səyyar qəbul keçirilib

02 mart 2022 | 11:00

Martın 2-də Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov Qaradolaq kəndində səyyar qəbul keçirib.

Səyyar qəbulda rayon icra hakimiyyəti başçısı aparatının  məsul işçiləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP Ağcabədi rayon təşkilatının sədri, kənd sakinləri, media mənsubları iştirak ediblər. Tədbirə aidiyyatı idarə, müəssisə rəhbərləri də qatılıblar.

            Öncə Vətən müharibəsi zamanı torpaqlarımızın azadlığı uğrunda canlarını fəda edən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Görüşdə çıxış edən rayon rəhbəri qeyd edib ki, 44 günlük Vətən müharibəsi dövründə həmyerlilərimiz də misilsiz qəhrəmanlıq göstəriblər. Onlar Qarabağ torpaqlarını mənfur düşməndən azad edilməsində, parlaq qələbənin qazanılmasında mühüm rol oynayıblar.

            R.Hüseynov sözügedən tədbirdə kənd təsərrüfatı sahəsində görüləcək işlərdən danışıb, ərazilərdə qarşıya çıxan sosial problemlərə, çətinliklərə də toxunub. Qeyd olunub ki, yaz dövründə əkin sahələrində geniş tədbirlər həyata keçiriləcəkdir. Hazırda pambıq əkininə ciddi hazırlıq işləri görülür.

            Qəbul zamanı Qaradolaq kənd sakinləri Paşa Baxışov, Ədalət Təhməzov, Müzəffər Şirinov, Rövşən Piriyev, Tofiq Əhmədov çıxış edərək, kənddə içməli su təminatı, suvarma işləri ilə bağlı yaranmış problemlərdən söz açıb, öz təklif və iradlarını bildiriblər. Rayon icra hakimiyyətinin başçısı R.Hüseynov qəbul zamanı sakinlər tərəfindən qaldırılan məsələlərin operativ həlli istiqamətində əlaqədar təşkilatların rəhbərlərinə müvafiq tapşırıq və tövsiyələrini verib.

 

Keçidlər