Ağcabədidə ayrı-ayrı idman növləri üzrə nümunəvi çıxışlar nümayiş etdirimişdir.
02 mart 2022-ci il tarixdə Ağcabədi Olimpiya İdman Kompleksində Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin təşəbbüsü ilə keçirilən ”İdman Həftəsi” çərçivəsində Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin və Olimpiya İdman Kompleksinin birgə təşkilatçılığı ilə 5 Mart - Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş rayonda fəaliyyət göstərən ayrı-ayrı idman növləri üzrə nümunəvi çıxışlar nümayiş etdirimişdir.
Tədbirin açılış mərasimində çıxış edən Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin rəis müvini Eldəniz Qənbərov 5 Mart - Bədən Tərbiyəsi və İdman Günü barədə ətraflı məlumat verdi. Eldəniz Qənbərov digər sahələr kimi idmanında ölkəmizdə diqqət mərkəzində olmasından, yüksək nəticə göstərən idmançıların daim ölkə başçısı tərəfindən qəbul edilməsindən, dövlətimizin başçısının idmana göstərdiyi diqqət və qayğıdan bəhs etdi.
Daha sonra rayonda fəaliyyət göstərən Taekvondo, Sərbəst Güləş, Kikboksinq, MMA idman növləri üzrə məşqçi-müəllim və idmançılar tərəfindən nümunəvi çıxışlar nümayiş etdirildi.