Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi rayonunda qadınların seçkilərdə fəallığı mövzusunda tədbir keçirilmişdir.

04 noyabr 2014 | 11:00

   4 noyabr  2014 - cü  il tarixdə saat 11:00 –da Yeni Azərbaycan Partiyası Ağcabədi rayon təşkilatının inzibati binasının iclas zalında  “Demokratik Cəmiyyət və Qadın Hüquqlarının Müdafiəsi” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Azərbaycanda 2014-cü ildə keçiriləcək Bələdiyyə seçkiləri zamanı ictimai rəyin formalaşdırılması,seçkidə iştirakın vacibliyinin əhali arasında təbliği,seçkilərdə ictimai nəzarətin həyata keçirilməsi” adlı layihə çərçivəsində tədbir keçirilmişdir.  
   Tədbirdə Rayon İcra Başçısının müavinləri Leyla Əsgərova, Naibə Mustafayeva, ”Demokratik Cəmiyyət və Qadın Hüquqlarının Müdafiəsi” İB sədri Mehriban Abdullayeva rayon ziyalıları, bələdiyyə üzvləri və gənclər iştirak etmişdir.
   Görüşdə çıxış edənlər son dövrlər qadınların ictimai işlərdə fəallığından danışmış,eləcə də bələdiyyə seçkilərinə hazırlıq və bu seçkilərdə qadınların istər aktiv, istər passiv seçki hüququnun reallaşdırılması işində yaxından iştirakı və onların partiya daxilində, eləcə də ictimai-siyasi həyatda proseslərə geniş cəlb olunacağına ümid etdiyini bildirdi və onları bələdiyyə seçkiləri zamanı daha fəal olmağa səslədi. Daha sonra Rayon İcra Hakimiyyəti başçısının müavini,YAP Qadınlar Şurasının üzvü Leyla Əsgərova, Rayon İcra Hakimiyyəti başçısının müavini,YAP Qadınlar Şurasının sədri naibə Mustafayeva,Şəhər bələdiyyəsnin üzvü, 1 saylı şəhər tam orta məktəbinin direktoru Səadət Kazımova, şəhər 3 saylı məktəb-liseyin direktoru Tofiq Zeynalov, Ağcabəidi Pedaqoji Kollecin direktor müavini Rövşən Bayramov və gənclər bələdiyyələr, onların fəaliyyəti barədə ətraflı müzakirədə iştirak etdilər.

Keçidlər