Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı aparatında vətəndaşların qəbuluna başlanılıb
Mart ayının 1-də Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı aparatında 2022-ci il üçün vətəndaşların qəbuluna başlanılıb. Rayon İcra Hakimiyyəti Başçısının qəbul vaxtı həftənin ikinci günləri saat 10-00-da başlanılır. Həftənin digər günlərində isə qəbul icra başçısının müavin və şöbə müdirləri tərəfindən qrafikə uyğun olaraq həyata keçirilir.
Vətəndaşların qəbulu Ağcabədi rayon İcra hakimiyyətində fəaliyyət göstərən Müraciətlərə Operativ Baxılma Mərkəzində saat 10-00-dan 18-00-dək keçirilir.
Qəbul vaxtı bayram günlərinə düşdükdə vətəndaşların qəbulu növbəti iş gününə keçirilir.
Qeyd edək ki, Milli Qəhrəmanlar, onların ailə üzvləri, Qarabağ müharibəsi əlilləri, şəhid ailələrinin üzvləri və digər imtiyazlı vətəndaşlar həftənin istənilən günü müraciət etdikdə dərhal qəbul olunurlar.