Ağcabədidə dərəcəli idmançıların və məşqçi müəllimlərin iştiraki ilə görüş keçirilmişdir.
28 fevral 2022-ci il tarixdə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin təşəbbüsü ilə keçirilən ”İdman Həftəsi” çərçivəsində Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin və Olimpiya İdman Kompleksinin birgə təşkilatçılığı ilə 05 mart - Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş dərəcəli idmançıların və məşqçi müəllimlərin iştiraki ilə görüş keçirilmişdir.
Ağcabədi Olimpiya İdman Kompleksinin akt zalında baş tutmuş görüşdə rayon Gənclər və İdman İdarəsinin, Olimpiya İdman Kompleksinin, Azərbaycan Karate-do Federasiyaları Assosiasiyasının, Azərbaycan Taekvondo Federasiyasının, Azərbaycan Boks Federasiyasının, Azərbaycan Güləş Federasiyasının, Azərbaycan Kikboksinq Federasiyasının, Azərbaycan MMA Federasiyasının, Azərbaycan Juboksinq Citsu Federasiyasının rayon nümayəndələri və idmançılar iştirak etmişdir.
Tədbiri giriş sözü ilə açan Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Eldəniz Qənbərov əvvəlcə idmançıları qaşıdan gələn bayram münasibəti ilə təbrik edərək qeyd etdi ki, Martın ayının 5-i Azərbaycanda Bədən Tərbiyəsi və İdman Günüdür. Bu tarix Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Bədən Tərbiyəsi və İdman Günü”nün təsis edilməsi haqqında 2005-ci il 4 mart tarixli Sərəncamına əsasən qeyd edilir.
Azərbaycanda Bədən Tərbiyəsi və İdman Gününün martın 5-də qeyd olunması təsadüfi deyil. Məhz 1995-ci il martın 5-də Ulu Öndər Heydər Əliyev Bakı İdman Sarayında Dünya və Avropa çempionatlarının qalibləri və mükafatçıları ilə görüşüb, İdman Fondunu təsis edib, bədən tərbiyəsi və idmanın inkişafında yeni strategiyanın təməlini qoyub. Prezidenti İlham Əliyevin 1997-ci ildə Milli Olimpiya Komitəsinin rəhbəri seçilməsindən sonra ölkəmizdə idmana, bədən tərbiyəsinə diqqət daha da artdı, idmanın maddi-texniki bazasının möhkəmləndirilməsi, idmançıların peşəkar səviyyədə hazırlanmasına göstərilən qayğı isə tezliklə öz müsbət nəticəsini göstərdi.
Görüşdə çıxış edən digər qonaqlar “5 mart - Bədən Tərbiyəsi və İdman Günü” münasibəti ilə idmançıları təbrik edərək ölkəmizdə idmana və idmançılara göstərilən diqqət və qayğıdan ətraflı söz açdılar.