Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədidə Şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş qızlar arasında voleybol üzrə rayon birinciliyi keçirilmişdir.

25 fevral 2022 | 11:00

22-25 fevral 2022-ci tarixlərdə Mirzə Fətəli Axundov adına şəhər 3 saylı məktəb-liseyinin idman zalında Ağcabədi Rayon Gənclər və İdman İdarəsi və Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 30-cu il dönümü ilə əlaqədar olaraq qızlar arasında Voleybol idman növü üzrə Ağcabədi rayon birinciliyi keçirilmişdir. Birincilikdə rayonun məktəblərinin iştirakı ilə 10 komanda mübarizə aparmışdır. Gərgin və maraqlı keçən voleybol idman növü üzrə rayon birinciliyində 1-ci yerə Məmməd Əsədov adına şəhər 5 saylı tam orta məktəbin komandası, 2-ci yerə Mirzə Fətəli Axundov adına şəhər 3 saylı məktəb-liseyinin komandası, 3-cü yerə isə Səməd Vurğun adına şəhər 4 saylı tam orta məktəbin komandası layiq görülmüşdür.Yekunda I, II, III yerləri tutmuş komandalara Ağcabədi rayon Gənclər və İdman İdarəsi tərəfindən diplomlar təqdim olunmuşdur.

Keçidlər