Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədidə “Xocalı – Bəşəriyyətə qarşı tarixi cinayət" başlığı altında rəsm müsabiqəsi keçirilmişdir.

24 fevral 2022 | 11:00

18-23 fevral 2022-ci il tarixlərdə Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Xocalı soyqırımının 30-cu il dönümü ilə əlaqədar olaraq "Xocalı – Bəşəriyyətə qarşı tarixi cinayət" başlığı altında onlayn rəsm müsabiqəsi keçirilmişdir.

Müsabiqəyə qatılmaq istəyən iştirakçılar çəkdikləri rəsmlərin fotosunu özləri haqqında qısa məlumat verməklə birgə rayon Gənclər və İdman İdarəsinin əvvəlcədən elan etdiyi whatsapp nömrəsinə göndərmişdir.

Müsabiqənin yekununda göndərilən rəsimlərin fotoları münsiflər heyəti tərəfindən qiymətləndirilmiş və nəticədə Hüseyinli Nəzrin Ramil qızı 1-ci yerə, Abbasova Fatimə Elxan qızı 2-ci yerə, Mustafayeva Məryəm Hikmət qızı isə 3-cü yerə laiq görülmüşdür. Qalib gələn iştrakçılara Ağcabədi Rayon Gənclər və İdman İdarəsi tərəfindən diplomlar təqdim olunmuşdur.

Keçidlər