Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədidə Xocalı soyqırımının 30-cu il dönümü ilə əlaqədar olaraq Kikboksinq üzrə rayon turniri keçirilmişdir.

22 fevral 2022 | 11:00

21 fevral 2022-ci il tarixdə Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə şəhər 1 saylı tam orta məktəbin idman zalında Xocalı soyqırımının 30-cu il dönümü ilə əlaqədar olaraq Kikboksinq idman növü üzrə rayon turniri keçirilmişdir.

Rayon turnirində 46 idmançı müxtəlif çəki dərəcələrində güclərini sınamışlar. Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən turnirin yekunda ayrı-ayrı çəki dərəcələrində I,II,III yerləri tutmuş idmançılara Ağcabədi Rayon Gənclər və İdman İdarəsi tərəfindən diplom və medallar təqdim olunmuşdur.

Keçidlər