Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədidə “Azərbaycan Gəncləri – Azərbaycanın Gələcəyi” başlığı altında ümumrayon toplantısı keçirilmişdir.

02 fevral 2022 | 11:00

02 fevral 2022-ci il tarixdə Ağcabədi Rayon İcra Hakimiyyətinin və Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Zoom proqramı vasitəsilə ”2 Fevral-Azərbaycan Gəncləri Günü”nün 25 illiyinə həsr olunmuş “Azərbaycan Gəncləri – Azərbaycanın Gələcəyi” başlığı altında ümumrayon toplantısı keçirilmişdir.

Ümumrayon toplantısı başlamamışdan öncə gənclərin iştirakı ilə Ulu Öndərimiz Heydər Əliyevin abidəsi ziyarət olunmuş, önünə gül, çiçək dəstələri qoyaraq, əziz xatirəsi yad edilmişdir.

Tədbirdə Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı cənab Rafil Hüseynov, Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin rəisi Rüfət Quliyev, Vətən müharibəsi iştirakçıları, təhsil, səhiyyə, mədəniyyət, media və digər sahələrdə çalışan gənclər iştirak ediblər.

“2 Fevral - Azərbaycan Gəncləri günü” münasibəti ilə keçirilən ümumrayon toplantısını Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin rəisi Rüfət Quliyev giriş sözü ilə açaraq geniş məruzə ilə çıxış edib.

Rüfət Quliyev çıxışı zamanı vurğuladı ki, Ümummilli Liderimiz Heydər Əliyev “2 Fevral - Azərbaycan Gəncləri günü” elan edilməsi ilə bağlı 1997-ci ilin fevral ayının 1-də sərəncam imzalamışdır. Lakin,1996-cı il fevralın 2-də Prezident Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Gənclərinin birinci Forumu keçirilmişdir. Həmin tarixdən etibarən 25 ildir ki, ölkəmizdə hər il fevral ayının 2-si "Gənclər günü" kimi qeyd edilir.

Sonra Ağcabədi İntellektual Klubunun kapitanı, İtaliyanının Venesiya şəhərində yerləşən Ka Foskari universitetinin magistratura pilləsi üzrə təhsil alan Fərid Abuşzadə, Vətən müharibəsinin iştirakçısı Elgün Həsənov, Gənclərin İnkişafı və Karyera Mərkəzinin Ağcabədi nümayəndəliyinin ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Ləman Zeynalova məruzə ətrfında çıxış etmişlər.

Ümurayon toplantısı zamanı Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı cənab Rafil Hüseynov “2 Fevral - Azərbaycan Gəncləri Günü münasibətilə gəncləri təbrik etmiş, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan Gənclər Gününün hər il ölkəmizdə, eləcədə rayonumuzda böyük ruh yüksəkliyi ilə qeyd olunduğunu vurğulamışdır.

Cənab Rafil Hüseynov xüsusi olaraq qeyd etmişdir ki,” Ölkə prezidentimiz cənab İlham Əliyev gənclərlə hər görüşündə dəfələrlə bildirib ki, gəncliyə verilən imkanlar dövlətimizin sabahı üçündür. Bu gün vətənimizin gələcəyi olan gənclərimiz yüksək vətənpərvərlik ruhuna, mübarizlik keyfiyyətlərinə malikdir. Onlar Vətən müharibəsində nəyə qadir olduqlarını bir daha sübut ediblər.”

Ümumrayon toplantısının sonunda cənab Rafil Hüseynov rayonun ictimai-siyasi və idman həyatında fərqlənmiş bir qrup gənclərin “2 Fevral – Azərbaycan Gəncləri Günü” münasibətilə Ağcabədi Rayon İcra Hakimiyyəti tərəfindən Fəxri Fərmanla təltif edilməsi haqqında məlumat verdi.

 

Keçidlər