Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədidə Breyn Rinq üzrə rayon turniri keçirilmişdir.

01 fevral 2022 | 11:00

01 fevral 2022-ci il tarixdə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin təşəbbüsü ilə keçirilən ”Gənclər Həftəsi” çərçivəsində Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin və rayon təhsil şöbəsinin birgə təşkilatçılığı ilə Üzeyir Hacıbəyli adına Qarabağ Muğam Mərkəzində ”2 Fevral-Azərbaycan Gəncləri Günü”nün 25 illiyinə həsr olunmuş gənclər arasında Breyn Rinq üzrə rayon turniri keçirilmişdir.

Breyin Rinq üzrə rayon turnirində 11 komanda mübarizə aparmışdır. Turnirin yekun nəticələrinə əsasən Əkbər Alıyev adına şəhər 12 saylı tam orta məktəbin “IV Hiss” komandası I yerə, şəhər 1 saylı tam orta məktəbin “Oğuz” komandası II yerə, Mirzə Fətəli Axundzadə adına şəhər 3 saylı məktəb-liseyin “Dəmir Yumruq” komandası isə III yerə laiq görülmüşdür. Qalib gəlmiş komandalara Ağcabədi Rayon Gənclər və İdman İdarəsi tərəfindən diplom və hədiyyələr təqdim olunmuşdur

Keçidlər