Yeni Azərbaycan Partiyasının yaranmasının 22- ci ildönümü münasibəti ilə intellektual oyun üzrə rayon müsabiqəsi keçirilmişdir.
21 oktyabr 2014- cü il tarixdə saat 14:00-da Ağcabədi Pedaqoji Kollecində YAP Ağcabədi rayon təşkilatı Gənclər Birliyinin, Qadınlar şurasının, YAP Rayon İcra Hakimiyyəti ərazi ilk partiya təşkilatının, Gənclər və İdman idarəsinin təşkilatçılığı ilə Yeni Azərbaycan Partiyasının yaranmasının 22- ci ildönümü münasibəti ilə intellektual oyun üzrə rayon müsabiqəsi keçirilmişdir.
İntellektual yarış 14-29 yaş həddində gənclər arasında 14 komandanın iştirakı ilə həyata keçirilmişdir. Yarışda müxtəlif komandalar 5 turda öz biliklərini nümayiş etdirmək, qələbə qazanmaq üçün mübarizə aparmışdılar.
İntellektual oyun üzrə rayon müsabiqəsində püşkatma nəticəsində komandalarını çıxış edəcəyi qruplar müəyyənləşdi.
Tədbiri Rayon Rayon Gənclər və İdman idarəsinin rəis müavini Eldəniz Qənbərov açaraq ilk öncə qonaqları salamlamış və Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqının tarixindəki rolundan və Azərbaycan gəncliyinə Ulu Öndər Heydər Əliyevin sonsuz diqqət və qayğısından Yeni Azərbaycan Partiyasının yaranmasının o dövr ki, zaman üçün vacibliyindən bəhs etmişdir.
Ümummilli Lider Heydər Əlyevin həyat və fəaliyyətindən, Yeni Azərbaycan Partiyasının yaranmasından , Azərbaycanın tarixindən və bütün sahələri əhatə edən suallar yarış iştirakçılarına ünvanlanmışdır.
Fasilə zamanı kollecin tələbələrinin hazırladıqları ədəbi –bədii kompozisiya iştirakçıların nəzərinə çatdırıldı.
Yeni Azərbaycan Partiyasının yaranmasının 22- ci ildönümü münasibəti ilə təşkil olunan intellektual oyun üzrə rayon müsabiqəsinin qalibi olan 5 komanda final mərhələsində oynamaq üçün vəsiqə qazanmışdılar. Final mərhələsində qələbə qazanan komandalar fəxri fərman və hədiyyələrlə mükafatlandırılacaqdır.