Ağcabədidə ”Gənclər Həftəsi” çərçivəsində Cüdo idman növü üzrə rayon turniri keçirilmişdir.
01 fevral 2022 | 11:00
01 fevral 2022-ci il tarixdə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin təşəbbüsü ilə keçirilən ”Gənclər Həftəsi” çərçivəsində Ağcabədi Rayon Gənclər və İdman İdarələrinin və Olimpiya İdman Kompleksinin birgə təşkilatçılığı ilə Ağcabədi Olimpiya İdman Kompleksində “2 Fevral – Azərbaycan Gəncləri Günü”nün 25 illiyi münasibəti ilə Cüdo idman növü üzrə rayon turniri keçirilmişdir.
Gərgin idman mübarizəsi şəraitində keçən turnirdə müxtəlif çəki dərəcələri üzrə I,II və III yerləri tutan cüdoçulara Ağcabədi Rayon Gənclər və İdman İdarəsi tərəfindən diplom və medallar təqdim olunmuşdur.