Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi və Laçın rayon sərbəst güləşçiləri arasında yoldaşlıq görüşü keçirilmişdir

31 yanvar 2022 | 11:00

31 yanvar 2022-ci il tarixdə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin təşəbbüsü ilə keçirilən ”Gənclər Həftəsi” çərçivəsində Ağcabədi və Laçın Rayon Gənclər və İdman İdarələrinin birgə təşkilatçılığı ilə Ağcabədi Olimpiya İdman Kompleksində “2 Fevral – Azərbaycan Gəncləri Günü”nün 25 illiyi münasibəti ilə Ağcabədi və Laçın rayon idmançıları arasında Sərbəst güləş idman növü üzrə yoldaşlıq görüşü keçirilmişdir.

Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən yoldaşlıq görüşünün yekunda ayrı-ayrı çəki dərəcələrində I,II,III yerləri tutmuş güləşçilər diplom və medallara mükafatlandırılmışdır. Ağcabədi komandası əldə etdiyi nəticələrə əsasən görüşün qalib olmuş və qalib komandaya kubok təqdim edilmişdir.

Keçidlər