Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədidə Ümummili liderimiz Heydər Əliyevin Azərbaycan gəncliyinə göstərdiyi xüsusi diqqət və qayğının təbliğinə həsr olunmuş dəyirmi masa keçirilmişdir.

31 yanvar 2022 | 11:00

31 yanvar 2022-ci il tarixdə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin təşəbbüsü ilə keçirilən ”Gənclər Həftəsi” çərçivəsində Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin, rayon Təhsil Şöbəsinin və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə rayon Heydər Əliyev Mərkəzinin akt zalında ”2 Fevral-Azərbaycan Gəncləri Günü”nün 25 illiyi münasibətilə Ümummili liderimiz Heydər Əliyevin Azərbaycan gəncliyinə göstərdiyi xüsusi diqqət və qayğının təbliğinə həsr olunmuş dəyirmi masa keçirilmişdir.

Dəyirmi masanı Uluöndərimiz Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsindən sonra giriş sözü ilə açan Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Eldəniz Qənbərov Ümummilli liderimiz Heydər Əliyev tərəfindən əsası qoyulan və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasi kursun uğurlarından danışmış. Bildirmişdir ki, Azərbaycanda gənclər siyasəti həmişə dövlət siyasətinin əsas tərkib hissəsi kimi xüsusi yer tutub. Azərbaycan gəncliyi dövlətin diqqət və qayğısını hər zaman öz üzərində hiss edib. Ümummilli liderimiz həmişə gənclərimizə böyük ümidlər bəsləyir, öz çıxışları zamanı və keçirdiyi görüşlərdə dəfələrlə qeyd edirdi ki, Azərbaycanın gələcəyi gənclərin əlindədir.

Dəyimi masada çıxış edən Heydər Əliyev Mərkəzinin direktoru səlahiyyətlərini icra edən Rövşanə Əliyeva və başqaları qeyd etmişlər ki, gənclər hər bir ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni-humantiar həyatında mühüm rola malik potensial qüvvə kimi mühüm yer tutur. Gənclər Azərbaycanın gələcəyidir, inkişafın və modernləşmənin operativ ön cəbhəsidir. Ulu öndər Heydər Əliyev həmişə gənclərə güvənərək onlara böyük etimad göstərib. Azərbaycanda gənclər siyasəti həmişə dövlət siyasətinin əsas tərkib hissəsi kimi xüsusi yer tutub. Azərbaycan gəncliyi dövlətin diqqət və qayğısını hər zaman öz üzərində hiss edib.

Sonda dəyirmi masa iştirakçıları arasında mövzu ətrafında maraqlı fikir mübadilələri aparıldı, gənclərin fikirləri dinlənildi

Keçidlər