Şriftin ölçüsü :

Saytın rəngi :

”Gənclər Həftəsi” çərçivəsində Ağcabədi rayon Heydər Əliyev Mərkəzinə gənclərin ekskursiyası təşkil edilmişdir.

31 yanvar 2022 | 11:00

31 yanvar 2022-ci il tarixdə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin təşəbbüsü ilə keçirilən ”Gənclər Həftəsi” çərçivəsində Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin və Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə ”2 Fevral-Azərbaycan Gəncləri Günü”nün 25 illiyi münasibətilə Ağcabədi rayon Heydər Əliyev Mərkəzinə gənclərin ekskursiyası təşkil edilmişdir.

Ekskursiya zamanı Heydər Əliyev Mərkəzinin direktoru səlahiyyətlərini icra edən Rövşanə Əliyeva gənclərə mərkəzin fəaliyyəti barədə ətraflı məlumat verilib, gənclər Heydər Əliyev Mərkəzini, burada fəaliyyət göstərən Heydər Əliyev Muzeyini ziyarət ediblər. Həmçinin onlar dahi rəhbərin zəngin və mənalı ömür yolunu əks etdirən eksponatlar, ulu öndərin siyasi irsini təbliğ edən əyani vəsaitlərlə tanış olublar.

Keçidlər