“2 fevral – Azərbaycan Gəncləri Günü” münasibəti ilə tədbir keçirilib.
Gənclər üçün Təhsil Mərkəzi (GTM) Qarabağ regional ofisinin təşkilatçılığı ilə “2 fevral – Azərbaycan Gəncləri Günü” münasibəti ilə tədbir keçirilib.
Tədbirdə Ağcabədi rayon İcra Hakimiyyətinin əməkdaşı Nurəddin Hacıyev, peşəkar idarəçi və biznes-konsultant Fəxri Ağayev, Saffarma və Medical Media MMC –nin İnsan resursları üzrə direktoru Fəridə Hüseynova, Bank VTB ASC-nin Biznes kreditləri üzrə baş mütəxəssisi Minar Abdullayev, M-Trans MMC-nin direktoru Ayaz Allahverdiyev, AZRİB MMC-nin direktoru Zəka Cəmilov, "Aztrade Company"-nin direktoru Röyal Umudov, GTM Qarabağ ofisinin, Ağcabədi regional “ASAN xidmət” mərkəzinin və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Ağcabədi nümayəndəliyinin könüllüləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Gənclər üçün Təhsil Mərkəzi (GTM) Qarabağ regional ofisinin rəhbəri Radə Telmanqızı “2 fevral – Azərbaycan Gəncləri Günü” münasibəti ilə tədbir iştirakçılarını təbrik edərək, gənclərin hər bir dövlətin gələcəyini, inkişafını istiqamətləndirən sivil cəmiyyətin aparıcı qüvvəsi olduğunu bildirib. Eyni zamanda qeyd edib ki, bu əlamətdar günün məqsədi gənclərə diqqət və qayğı göstərməklə yanaşı, onların problemlərinin həlli istiqamətində də mühüm işlərin görülməsidir.
Tədbir "Peşəkar həyat və karyera” mövzusunda şəxsi inkişaf və karyerayönümlu təlim-seminarla davam edib.
Fəxri Ağayevin təqdimatında “Uğurlu karyera” adlı mühazirədə təlimçinin peşəkar yanaşmaları və şəxsi təcrübəsi əsasında tələbələrə uğurlu karyera quruculuğu haqqında məlumat verilib.
Təlimin yekununda uğurlu karyera mövzusunda iştirakçıları düşündürən suallar cavablandırılıb və “2 fevral – Azərbaycan Gəncləri Günü” münasibəti ilə bir qrup fəal gəncə Gənclər üçün Təhsil Mərkəzi (GTM) Qarabağ regional ofisi tərəfindən Fəxri fərman və hədiyyələr təqdm edilib.