Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədidə ”Gənclər Həftəsi” çərçivəsində rəsm və əl işləri sərgisi keçirilmişdir.

29 yanvar 2022 | 11:00

29 yanvar 2022-ci il tarixdə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin təşəbbüsü ilə keçirilən ”Gənclər Həftəsi” çərçivəsində Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Ağcabədi rayon Heydər Əliyev Mərkəzində ”2 Fevral-Azərbaycan Gəncləri Günü”nün 25 illiyi münasibətilə yaradıcı və istedadlı gənclərin iştirakı ilə rəsm və əl işləri sərgisi keçirilmişdir. Sərgidə əsasən vətənpərvərlik və milli dəyərlər mövzusunda rəsm və əl işləri nümayiş olunmuşdur.

Sərginin keçirilməsində əsas məqsəd 2 Fevral-Azərbaycan Gəncləri Günü”nün 25 illiyinin qeyd olunması, gənclərin vətənpərvərlik ruhunun daha da yüksəldilməsi, onların yaradıcılıq imkanlarının genişlənməsinə şərait yaradılması, həmçinin rayonda yaradıcı və istedadlı gənclərin aşkar edilməsi olmuşdur.

Keçidlər