Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədidə “Gənclik və yeni baxışlar” başlığı altında rəsm müsabiqəsi keçirilmişdi

28 yanvar 2022 | 11:00

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin təşəbbüsü ilə keçirilən ”Gənclər Həftəsi” çərçivəsində Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin və Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə təşkilatçılığı ilə 28 yanvar 2022-ci il tarixdə Ağcabədi Bayraq Muzeyində ”2 Fevral-Azərbaycan Gəncləri Günü”nün 25 illiyi münasibətilə “Gənclik və yeni baxışlar” başlığı altında gənclər arasında rəsm müsabiqəsi keçirilmişdir.

Müsabiqəni giriş sözü ilə açan Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Eldəniz Qənbərov dövlətin gənclər siyasətindən eləcədə gənclərə göstərdiyi diqqət və qayğıdan ətraflı bəhs etdi. Qarşıdan gələn 2 Fevral-Azərbaycan Gəncləri Günü” münasibəti ilə gəncləri təbrik edərək, müsabiqə iştirakçılarına uğurlar arzulayan rəis müavini rəsm müsabiqəsini açıq elan etdi.

Rəsm müsabiqəsinin yekununda münsiflər heyəti tərəfindən qaliblər müəyyən edildi.

Münsiflər heyətinin yekun qərarına əsasən Axundova Aytac Kənan qızı I yerə, Bayramzadə Dəniz Fariz qızı II yerə, Abbasova Fatimə Elxan qızı isə III yerə layiq görülmüşdür.

Qaliblərə ”2 Fevral-Azərbaycan Gəncləri Günü”nə həsr olunmuş ümumrayon toplantısında Ağcabədi Rayon Gənclər və İdman İdarəsi tərəfindən diplom və hədiyyələr təqdim olunacaqdır. Ümumrayon toplantısı 2 fevral 2022-ci il tarixdə keçiriləcəkdir

Keçidlər