Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi rayonunda 18 oktyabr – Müstəqillik Gününə həsr olunmuş ümumrayon tədbiri keçirilmişdir.

18 oktyabr 2014 | 10:00

18 oktyabr  2014-cü il tarixdə saat 11:00 –da Ağcabədi Pedoqoji Kollecinin  iclas zalında 18 oktyabr – Müstəqillik Gününə həsr olunmuş ümumrayon tədbiri keçirilmişdir.
   İştirakçıları əvvəlcə Kollecin  foyesində qoyulmuş  Ulu Öndər Heydər Əliyevin abidəsi önünə tər çiçək dəstələri qoyaraq, Onun əziz xatirəsini yad etmişdilər.
   Tədbiri Ağcabədi Pedoqoji Kollecinin  direktoru Mirələm İbrahimli açaraq  ilk öncə qonaqları salamlamış , 18 oktyabr - Dövlət Müstəqilliyinin Bərpasının 23 – cü ildönümü münasibəti ilə bütün qonaqları təbrik etmiş və 23 illik inkişaf edən, güclənən Azərbaycan dövlətçiliyinin daha da qüdrətlənməsi işində hər kəsə uğurlar arzulamış və  qeyd etmişdir ki, Azərbaycan Xalq Cümhuriyyətinin siyasi varisi olan  Müstəqil Azərbaycan Respublikası Ulu Öndər Heydər Əliyevin uğurlu siyasəti nəticəsində milli təməl üzərində öz gələcəyini qurmuşdur. Bugün də Azərbaycan Respublikasının  Prezidenti cənab  İlham Əliyevin düşünülmüş  daxili və xarici siyasəti müstəqilliyimizi möhkəmləndirilməsinə, Azərbaycan xalqının rifahını təmin edilməsinə , tərəqqi, demokratiya yolunda addımlayaraq dövlətimizi daha xoşbəxt gələcəyə aparmağa istiqamətlənmişdir. Bu gün də  müstəqillik yollarında Cənab Prezidentimiz İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində Müstəqil Azərbaycan Respublikası günü – gündən güclənir, bütün sosial sferalarda böyük uğurlara imza ataraq, irəliyə uğurla addımlayır.
    Daha sonra 18 oktyabr - Dövlət Müstəqilliyinin Bərpasının 23 – cü ildönümü münasibəti ilə Ağcabədi Pedoqoji Kollecinin  müəllimi Şahin Rəhimov məruzəsi ilə , çıxış edənlər – kollecin director müavini Rövşən Bayramov, rayon Təhsil şöbəsinin müdiri Mehdi Əhmədov, şəhər 6,8 saylı tam orta məktəblərin direktorları Əli Bədəlov, Anar Qasımov və yekunda Ağcabədi Rayon İcra Hakimiyyətinin Başçısının müavini Hafiz Mehdiyev çıxış edərək müstəqillik tarixinə nəzər salmışdılar.   
    Sonda tələbələr ədəbi –bədii kompozisiya ilə çıxış etmişdilər.

Keçidlər