Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədidə ”2 Fevral-Azərbaycan Gəncləri Günü”nün 25 illiyinə həsr olunmuş şeir müsabiqəsi keçirilmişdir.

28 yanvar 2022 | 11:00

28 yanvar 2022-ci il tarixdə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin təşəbbüsü ilə keçirilən ”Gənclər Həftəsi” çərçivəsində Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin və rayon təhsil şöbəsinin birgə təşkilatçılığı ilə YAP Ağcabədi rayon təşkilatının akt zalında ”2 Fevral-Azərbaycan Gəncləri Günü”nün 25 illiyi münasibətilə gənclər arasında şeir müsabiqəsi keçirilmişdir.

Şeir müsabiqəsində Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Eldəniz Qənbərov, Aran qəzetinin redaktoru, şairə Məhsəti Musa, Ağcabədi Rayon Mədəniyət Mərkəzinin əməkdaşı, bədii qiraətçi Gündüz Sevindik, təhsil işçiləri və 40 nəfərdən artıq müsabiqə iştirakçıları iştirak etmişdir.

Müsabiqəni giriş sözü ilə açan Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Eldəniz Qənbərov qeyd etdi ki, Ulu öndərin gəncliyə və gənclərə etimadı bu gün öz təsdiqini tapmaqdadır. Bu gün ölkəmizdə gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni mərhələsini yaşayır. Prezident İlham Əliyev Ulu öndərin gənclər siyasətinə sadiqliyini öz qərarları ilə təsdiq edir. Bu gün Azərbaycan inkişaf və tərəqqi yolundadır. Bu yolda yüksək intelektual səviyyəsi ilə diqqəti cəlb edən gənclər böyük qüvvədir. Sabah onlar cəmiyyətin aparıcı qüvvəsinə çevrilərək, bütün sahələrdə görülən işgüzar mübarizənin ağırlığını öz çiyinlərində daşıyacaqlar.

Çıxışının sonunda müsabiqə iştirakçılarına uğurlar arzulayan rəis müavini şeir müsabiqəsini açıq elan etdi.

Maraqlı şeir kompazisiyaları ilə yadda qalan müsabiqənin yekun nəticələrinə əsasən münsiflər heyyəti tərəfindən I yerə Səməd Vurğun adına şəhər 4 saylı tam orta məktəbin şagirdi Quliyeva Xalidə Aruz qızı, II yerə şəhər 5 saylı tam orta məktəbin şagirdi Fərzəliyeva Aytac Ramil qızı, III yerlərə isə Mirzə Fətəli Axundzadə adına şəhər 3 saylı məktəb-liseyinin şagirdi Zeynallı Tamella Zəfər qızı və şəhər 1 saylı tam orta məktəbin şagirdi Hüseynova Jalə Baxış qızı laiq görülmüşlər. I,II, III yerləri tutmuş müsabiqə iştirakçılarına Ağcabədi Rayon Gənclər və İdman İdarəsi tərəfindən diplomlar təqdim olunmuşdur.

Keçidlər