Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədidə Taekvondo idman növü üzrə rayon turniri keçirilmişdir.

27 yanvar 2022 | 11:00

27 yanvar 2022-ci il tarixdə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin təşəbbüsü ilə keçirilən ”Gənclər Həftəsi” çərçivəsində Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Ş.Hüseynov adına şəhər 2 saylı tam orta məktəbində ”2 Fevral-Azərbaycan Gəncləri Günü”nün 25 illiyi münasibətilə Taekvondo idman növü üzrə uşaq və yeniyetmələr arasında rayon turniri keçirilmişdir.

Turnirdə 52 nəfər taekvondoçu iştirak etmişdir. Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçmiş rayon turnirində idmançılar müxtəlif çəki dərəcələrində güclərini sınamışdır.

Yekunda ayrı-ayrı çəki dərəcələrində I,II,III yerləri tutmuş idmançılara diplom və medallar təqdim olunmuşdur.

Keçidlər