Ağcabədidə “Azərbaycan Gəncləri – Azərbaycanın Gələcəyi” başlığı altında inşa-yazı müsabiqəsi keçirilmişdir.
27 yanvar 2022-ci il tarixində Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin təşəbbüsü ilə keçirilən ”Gənclər Həftəsi” çərçivəsində Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Ağcabədi şəhər 2 saylı tam orta məktəbində ”2 Fevral-Azərbaycan Gəncləri Günü”nün 25 illiyi münasibətilə “Azərbaycan Gəncləri – Azərbaycanın Gələcəyi” başlığı altında inşa-yazı müsabiqəsi keçirilmişdir.
Müsabiqənin keçirilməsində məqsəd ”2 Fevral-Azərbaycan Gəncləri Günü”nün 25 illiyinin qeyd olunması, Ulu Öndərimiz Heydər Əliyev ideyalarının gənclər arasında təbliği, həmçinin rayonda bacarıqlı və istedadlı gənclərin aşkar edilməsi olmuşdur.
İnşa-yazı müsabiqəsinin qaliblərinə ”2 Fevral-Azərbaycan Gəncləri Günü”nə həsr olunmuş ümumrayon toplantısında Ağcabədi Rayon Gənclər və İdman İdarəsi tərəfindən diplom və hədiyyələr təqdim olunacaqdır. Ümumrayon toplantısı 2 fevral 2022-ci il tarixdə keçiriləcəkdir.