Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədidə Vətən müharibəsi qazisi ilə gənclərin görüşü keçirilmişdir.

27 yanvar 2022 | 11:00

27 yanvar 2022-ci il tarixdə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin təşəbbüsü ilə keçirilən ”Gənclər Həftəsi” çərçivəsində Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin və rayon təhsil şöbəsinin birgə təşkilatçılığı Ağcabədi şəhər M.F.Axundov adına 3 saylı məktəb-liseyində ”2 Fevral-Azərbaycan Gəncləri Günü”nün 25 illiyi münasibətilə “Gənclik – yeni zirvələrə doğru” başlığı altında Vətən müharibəsi qazisi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə “Cəsur döyüşçü” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilmiş Kamran Sadıqov ilə gənclərin görüşü keçirilmişdir.

Tədbirdə Azərbaycanın ərazi bütövlüyü uğrunda Şəhid olmuş həmvətənlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Görüşü giriş sözü ilə açan Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Eldəniz Qənbərov qeyd etdi ki, 30 ildir həsrətində olduğumuz Qarabağın işğaldan azad olunmasına yönəlik fəaliyyətimiz, sentyabr ayının 27-dən başlayan “Dəmir Yumruq” əməliyyatı – 44 günlük Vətən Müharibəsi noyabr ayının 10-da Azərbaycanın qələbəsi ilə nəticələndi. Bütün xalq bir yumruq kimi öz Ali Baş Komandanının, şanlı əsgərinin ətrafında birləşdi, möhtəşəm Qələbə qazandıq. 8 noyabr Azərbaycan tarixinə Zəfər günü olaraq həkk olundu.

Dövlətin gənclər siyasətindən eləcədə gənclərə göstərdiyi diqqət və qayğıdan ətraflı bəhs edən Eldəniz Qənbərov çıxışında xüsusi olaraq vurğuladı ki, Məlum olduğu kimi, Azərbaycanda dövlət tərəfindən uğurlu gənclər siyasəti həyata keçirilir. Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən bu siyasətin nəticəsidir ki, ölkəmizdə bütün sahələr kimi gənclərlə iş sahəsi də uğurla inkişaf edir.

Sonra Qazi Kamran Sadıqov öz döyüş yolundan danışdı, 44 günlük “ Dəmir yumruq” əməliyatı haqqında gəncləri məlumatlandırdı. Kamran Sadıqov çıxışı zamanı döyüş yoldaşları ilə birgə Vətən və dövlət qarşısında öz vətəndaşlıq borclarını yerinə yetirdiyini deyərək bununla belə, Azərbaycan xalqının dəstəyi onlara əlavə güc verdiyini görüş iştirakçılarının diqqətinə çatdırdı.

Görüşün sonunda gəncləri maraqlandıran suallar cavablandırıldı.

 

Keçidlər