Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi rayonu Heydər Əliyev Mərkəzində nikah mərasimi keçirilmişdir.

17 oktyabr 2014 | 10:00

17 oktyabr 2014-cü il tarixdə saat 12:00 –da Ağcabədi rayonu Heydər Əliyev Mərkəzində  rayon Pərioğullar kənd sakini, 1988 – cı il təvəllüdlü Bünyatov Fariz Adil oğlu ilə Rəncbərlər kənd sakini, 1991- ci il təvəllüdlü Azadova Tavad Yusif  qızının nikah mərasimi keçirilmişdir.
  İlk öncə ailə quran gənc cütlük  Rayon Heydər Əliyev meydanında Ulu Öndər Heydər Əliyevin əzəmətli abisəinin ziyarət etmiş, önünə tər – çiçək dəstələri qoymuş və Onun əziz xatirəsini yad etmişlər.
   Daha sonra gənclərin  nikaha daxilolma mərasimi Heydər Əliyev Mərkəzində davam etdirilmişdir. Nikahdan sonra gənc ailəyə qiymətli hədiyyə təqdim olunmuş və onlara ömürboyu sürən xoşbəxtlik arzulanmışdır.
     Yekunda yeni ailə quran gənclərlə xatirə fotosu çəkilmişdir.

Keçidlər