Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədidə ”20 Yanvar - Milli azadlıq hərakatının qəhrəmanlıq tarixi və xalqımızın qan yaddaşıdır ” mövzusunda dəyirmi masa keçirilmişdir.

18 yanvar 2022 | 11:00

18 yanvar 2022-ci il tarixdə Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə M.Aranlı adına şəhər 11 saylı tam orta məktəbdə ”20 Yanvar - Milli azadlıq hərakatının qəhrəmanlıq tarixi və xalqımızın qan yaddaşıdır ” mövzusunda dəyirmi masa keçirilmişdir.

Dəyirmi masada şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilmişdir.

Tədbiri giriş sözü ilə açan 20 yanvar hadisələrinin canlı şahidi olmuş Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Eldəniz Qənbərov 20 Yanvar Faciəsi haqqında ətraflı məlumat vermişdir. Ümummilli liderimiz Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra bu faciəyə siyasi qiymətin verildiyini vurğulayan Eldəniz Qənbədov bildirdi ki, o zaman yalnız ümummilli lider Heydər Əliyev bütün çətinliklərə baxmayaraq 1990-cı il yanvarın 21-də siyasi iradə nümayiş etdirərək Moskvadakı Azərbaycan nümayəndəliyinə gəlmiş və SSRİ rəhbərliyinin törətdiyi bu cinayəti qətiyyətlə ittiham edərək bəyanatla çıxış etmişdir.

Daha sonra şəhər 11 saylı tam orta məktəbin direktoru Lətafət Əlizadə və başqaları çıxış edərək bildirmişlər ki, 20 Yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi. Həmin gecə həlak olan vətən oğulları Azərbaycanın tarixinə parlaq səhifə yazmış, xalqın milli azadlığı, müstəqilliyi üçün yol açmışlar. Bu gün qanlı 20 Yanvar faciəsi müstəqil Azərbaycan dövlətinin tarixinə xalqımızın şərəf və qəhrəmanlıq səhifəsi kimi yazılmışdır.

Keçidlər